İki idmançımız olimpiadada iştirakını dayandırıb

İki idmançımız olimpiadada iştirakını dayandırıb



Boksçumuz Rüfət Hüseynov və atıcımız Ruslan Lunyov Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəni erkən dayandırıblar.

"Olimpnews.az” xəbər verir ki, "Riocentro-Pavilion-6”da keçirilən yarışda 49 kq çəkidə mübarizə aparan bokçumuz Rüfət Hüseynov Namibiya idmançısı Tulyungeleni Matias Hamunyela məğlub olub.
Ruslan Lunyov isə kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.

Ruslan Lunyov 55 idmançı arasında 15-ci olub və yarışda iştirakını dayandırıb. İlk səkkiz pillədə qərarlaşan idmançılar finala yüksəliblər.