Orxan Səfərov 5-ci olub

Orxan Səfərov 5-ci olub



Cüdoçumuz Orxan Səfərov Rio-2016 Yay Olimpiya Oyunlarını 5-ci pillədə başa vurub. Bürünc medal uğrunda görüşdə idmançımız yaponiyalı Naohisa Takotaya məğlub olub.

"Olimpnews.az” xəbər verir ki, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə mübarizəyə qoşulan cüdoçumuz 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev üzərində təmiz qələbə qazanıb. İdmançımız 1/8 finalda Felipe Kitadai (Braziliya) ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn O.Səfərov yarımfinala yüksəlib. Lakin mübarizəni axıradək davam etdirə bilməyib.