Medalçılar siyahısına ABŞ Olimpiya yığması liderlik edir

Medalçılar siyahısına ABŞ Olimpiya yığması liderlik edir



Rio-2016 Yay Olimpiya Oyunlarında indiyədək keçirilən yarışların nəticələrinə görə 29 ölkənin idmançıları mükafatçılar sırasında yer alıblar.
Medalçılar siyahısına 12 (3 qızıl, 5 gümüş və 4 bürünc) medalla ABŞ Olimpiya yığması liderlik edir. Çin 8 (3 qızıl, 2 gümüş və 3 bürünc) medalla ikinci, Avstraliya 6 (3 qızıl və 3 bürünc) medalla 3-cü pillədə qərarlaşıb.
İlk onluğu İtaliya (2-3-2), Koreya Respublikası (2-2-1), Macarıstan (2-0-0), Rusiya (1-2-2), Böyük Britaniya (1-1-0), İsveç (1-1-0) və Yaponiya (1-0-6) tamamlayır.