Rio-2016-da yeni dünya rekordu

Rio-2016-da yeni dünya rekordu



XXXI Yay Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb.

Ağırlıqqaldırma yarışlarında Çini təmsi edən Lun Tsinstyuan Rio-2016 Olimpiadasında ikinövçülükdə (307 kq) dünya rekordunu yeniləyib.
Lun Tsinstyuan 56 kq çəki dərəcəsində Olimpiya çempionu titulunua layiq görülüb. İdmançı Sidney-2000 Olimpiya Oyunlarında türkiyəli Xəlil Mutlunun rekordunu (305 kq) yeniləyib.