Rio-2016-da yaşananlar

Rio-2016-da yaşananlar



Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında bəzi maraqlı və ürəkağrıdan anlar yaşanıb.

"Olimpnews.az” saytı həmin hadisələri sizə təqdim edir:

Gimnastın ayağı sınıb

Kişilər arasında idman gimnastikası yarışlarında fransalı gimnast Samir Ait Səidin ayağı sınıb.

İdmançı dayaqda tullanma hərəkətlərini yerinə yetirərkən səhvə yol verib və nəticədə 26 yaşlı idmançının ayağı bir neçə yerdən sınıb. Samir Ait Səid yarışları faciəli şəkildə tərk etməli olub.
Xatırladaq ki, farnsalı idmançı London-2012 Olimpiadasına hazırlıq zamanı sağ ayağını sındırmışdı. Mütəxəsislər ehtimal edirlər ki, idmançı zədəli ayağını qorumaq üçün enərkən sol ayağına güc verib. Nəticədə isə karyerasını təhlükəyə atıb.


Tennisçi liftdə qalıb

Argentinalı tennisçi Xuan Martin Del Potro Olimpiya Oyunlarında xoşagəlməz hadisə ilə üzləşib.
İdmançı Atletlər kəndində yaşadığı binanın liftində qalıb. Hadisə elektrik enerjisinin kəsilməsi nəticəsində baş verib və tennisçi 40 dəqiqə sonra liftdən çıxarılıb.
Qeyd edək ki, Del Potro serbiyalı tennisçi Novak Cokoviçlə keçirilən və 2 saat 27 dəqiqə davam edən matçda rəqibinə qalib gəlib.


Koreyalı idmançı gümüş medal qazandığı üçün üzr istəyib

Ağırlıqqaldırma yarışında Koreya Xalq Demokratik Respublikasının (KXDR) idmançısı Om Yun Çhol gümüş medal qazanıb. O yarışda mükafatsız qalmasa da, təəssüfləndiyini bildirib.

Belə ki, London-2012 Olimpiadasında qızıl medal qazanan idmançı Rioda eyni uğuru təkrarlaya bilmədiyinə görə, KXDR lideri Kim Çen Indan üzr istəyib: "Kim Çen In mənim üçün həmişə ilham mənbəyi olaraq qalacaq. Çox təəssüf ki, bu dəfə ona qızıl medal hədiyyə edə bilmədim. Bunu bacarmadığıma görə, ondan üzr istəyirəm. Ümid edirəm ki, növbəti olimpiadada iştirak edəcəm və qızıl medal qazanacam”.

Bütün dünyada qəddar diktator kimi tanınan KXDR lideri Kim Çen In səhv edənləri özünəməxsus şəkildə cəzalandırır və hətta öldürür. 

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında bəzi maraqlı və ürəkağrıdan anlar yaşanıb. "Olimpiya dünyası” qəzeti həmin hadisələri oxucuların diqqətinə çatdırır.


Ukraynalı atlet huşunu itirib

Ağırlıqqaldırma yarışlarında çıxış edən ukraynalı Yuliya Paratova huşunu itirib.

48 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətlərindən əvvəl özünü piss edib və tualetə yollanıb. Yuliya orada huşunu itirərək yerə yıxılıb. 

Mütəxəssislər hesab edirlər ki, Paratovanın bu vəziyyətə düşməsini olimpiadadan əvvəl çəkisini 53 kq-dan 48 kq-a salmasıdır.