Hollandiyalı atlet yığmadan kənarlaşdırılıb

Hollandiyalı atlet yığmadan kənarlaşdırılıb



Rio-2016 Yay Olimpiya Oyunlarında hollandiyalı idman gimnastı Yuri van Gelder yığmadan kənarlaşdırılıb.

"Olimpnews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı idmançı rejim qaydalarını pozduğu üçün cəzalandırılıb.

Halqalarda hərəkətlər üzrə səkkizinci yeri tutduğu təsnifat yarışından sonra van Gelder yığmanın düşərgəsini tərk edib. O, səhərə yaxın içkili halda geri qayıdıb. Hollandiya nümayəndə heyəti onu cəzalandıraraq yığmadan xaric edib.

Bu, van Gelderin nizam-intizamı pozduğu üçün ilk qovulma halı deyil. Hələ 2009-cu ildə o, ölkə çempionatının startına üç gün qalmış kokaindən istifadə etməsi ilə əlaqədar yarışdan kənarlaşdırılıb.

Qeyd edək ki, Yuri van Gelder 2005-ci ildə keçirilmiş idman gimnastikası üzrə dünya çempionatında halqalarla hərəkətlərdə qızıl medal qazanıb.