Jurnalistlərin avtobusuna atəş açılıb

Jurnalistlərin avtobusuna atəş açılıb



Rio-de-Janeyroda Olimpiadanı işıqlandırmaq üçün yollanan jurnalistlərin olduğu avtobusa atəş açılıb.

"Olimpnews.az” xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində avtobusun iki pəncərəsi qırılıb, salonda olan belaruslu könüllü və türk jurnalist yüngül xəsarət alıb. Hadisə yerinə gələn polislər avtobusu mətbuat mərkəzinə qədər müşayiət ediblər.

Yerli qurumlar atəşin fişəng olduğunu bildirsə də, ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabiti və hazırda basketboldan yazan jurnalist Şerila Mayklson atəşin silahlardan atıldığını bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə, hazırda faktla bağlı araşdırma aparılır.