İdmançının telefonu oğurlanıb

İdmançının telefonu oğurlanıb



Rio-2016-da Azərbaycana ilk medal qazandıran cüdoçu Rüstəm Orucovla eyni çəki dərəcəsində çıxış edən Dirk van Tihelt xoşagəlməz hadisə ilə üzləşib.

"Olimpnews.az” xarici mətbuata istinadən xəbər verir ki 73 kq çəki dərəcəsində bürünc medal qazanan 32 yaşlı belçikalı uğurunu qeyd etmək üçün Kopakabana çimərliyinə yollanmağına peşman olub.

Çimərlikdə idmançı ilə qarşılaşan qarətçilər cüdoçunun üzünə bir neçə zərbə endirərək, onun mobil telefonunu əlindən alıblar. Döyülməsinə baxmayaraq, van Tihelt Rioda qazandığı bürünc medalı cinayətkarlara verməyib.

Hadisədən sonra zərərçəkən idmançı Rio-de-Janeyronun hospitallarından birinə müraciət edib.