Olimpiya Oyunları tarixində ən titullu idmançının adı bəlli olub.
O, ABŞ idmançısı Maykl Felipsdir.
Rio-2016 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə yarışlarda finişə hamıdan 1-ci çatan amerikalı üzgüçü olimpiadada qazandığın qızıl medalların sayını 21-ə çatdırıb.
Maykl Felips yarışın ilk günündə sərbəst üsulla 4x100 metr məsafəyə estafet yarışlarında da birinci yeri tutub.
Olimpiya Oyunları tarixində ən titullu idmançı kimi ad alan ABŞ üzgüçüsü karyerası ərzində 5 olimpiadada iştirak edib. İdmançı Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlara görə tarixə düşməyi bacarıb. Belə ki, onun hesabında 25 medal – 21 qızıl, 2 gümüş və 2 bürünc medal var.