Elmar Qasımov yarımfinalda

Elmar Qasımov yarımfinalda

Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir. Olimpnews.az saytının məlumatına görə, ölkəmizi mötəbər turnirdə təmsil edən Elmar Qasımov artıq 1/2 final mərhələsindədir.

100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Olimpiya Oyunlarına 1/16 finaldan start verib. Cüdocumuzun ilk rəqibi Taqir Xaybullayev olub. Elmar Olimpiya çempionuna heç bir şans verməyib. O, rəqibinə vazari və yuka xalları ilə qalib gəlib.

Elmar 1/8 finalda əlcəzairli Lyes Bouyakubla qarşılaşıb. Görüşdə hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az olması (1:2) ona qələbə qazandırıb.

Təmsilçimiz 1/4 final mərhələsində misirli idmançı Dərviş Ramazanla üz-üzə gəlib. Görüş cəmi 54 saniyə davam edib. İpponla qələbə qazanan Elmar Qasımov 1/2 finala vəsiqə qazanıb.

Cüdoçumuzun bu mərhələdəki rəqibi ukraynalı Artyom Bloşenko olacaq. Görüş Bakı vaxtı ilə 23:12-də başlayacaq.