Elmar Qasımov Rio-2016-da gümüş medal qazandı

Elmar Qasımov Rio-2016-da gümüş medal qazandı

Ölkəmizi Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov final görüşünə çıxıb.

Olimpnews.az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançının rəqibi çexiyalı Lukas Krpalek olub. Görüş Krpalekin qələbəsi ilə yekunlaşıb. Bərabər səviyyədə keçən görüşün sonlarında Qasımov fənd tətbiq etmək istərkən, özü əks-fəndlə ippona düşüb və məğlub olub.

Beləliklə, Elmar Qasımov finalda uduzaraq, gümüş medalla kifayətlənib.