Rövşən Bayramov bürüncü də əldən verdi

Rövşən Bayramov bürüncü də əldən verdi



Rio-2016 Yay Olimpiya Oyunlarında yarışlar davam edir.

Yarışların 9-cu günündə yunan-Roma güləşçiləri Rövşən Bayramov və Elvin Mürsəliyev mübarizəyə qoşulublar.

"Olimpnews.az” xəbər verir ki, turnirdə 59 kq çəki dərəcəsində qüvvəsini sınayan güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı Rövşən Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə qarşılaşıb. 
Təmsilçimiz rəqibini məğlub edərək dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Rövşən Bayramov 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telke ilə döşək üzərinə çıxıb. Rəqibi üzərində 9:0 hesabı ilə qələbə qazanan idmançımız yarımfinala çıxıb.

Lakin o sonrakı görüşdə yaponiyalı rəqibi Şinobu Ota ilə bacarmayıb. Görüşdən məğlub ayrılan idmançımız bürünc medal uğrunda görüşdə norveçli Stiq-Andre Berqe ilə qarşılaşıb. Bu qarşılaşma da uğursuzluqla nəticələnib və Rövşən Bayramov bürünc medalı da əldən verib. 

İdmançımız Rio-2016 Olimpiya Oyunlarını 5-ci yerdə başa vurub.