Elvin Mürsəliyev dünya və Avropa çempionuna uduzdu

Elvin Mürsəliyev dünya və Avropa çempionuna uduzdu



Rio-2016 Yay Olimpiya Oyunlarında yarışlar davam edir.

Yarışların 9-cu günündə yunan-Roma güləşçiləri Rövşən Bayramov və Elvin Mürsəliyev mübarizəyə qoşulublar.

"Olimpnews.az” xəbər verir ki, turnirdə 75 kq çəki dərəcəsində yarışan güləşçimiz, ilk Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev 1/16 final mərhələsində Misir təmsilçisi Mahmud Fevzi Rəşad Sebye ilə üz-üzə gəlib.
 
Rəqibini məğlub edən Elvin Mürsəliyev səkkizdəbir final mərhələsinə yüksəlib.
Onun növbəti rəqibi Qazaxıstan idmançısı Doshan Kartıkov olub. Yunan-Roma güləşçimiz rəqibini mübarizədən kənarlaşdıraraq ¼ finala adlayıb.

Elvin Mürsəliyev bu mərhələdə macarıstanlı, dünya və Avropa çempionu Peter Başçi ilə bacara bilməyib.
 Güləşçimiz rəqibə məğlub olaraq Rio-2016 Olimpiadasında mübarizəni dayandırıb.