Velosipedçimiz olimpiadada 13-cü oldu

Velosipedçimiz olimpiadada 13-cü oldu



Azərbaycanın trek velosipedi üzrə yığma komandasının üzvü Olqa İsmayılova Rio-2016 Yay Olimpiya Oyunlarının sprint növündə çıxışını 13-cü yerdə başa vurub.

"Olimpnews.az” xəbər verir ki, təmsilçimiz əvvəlcə təsnifat mərhələsində 11.152 saniyə göstərici ilə 27 nəfər arasında 18-ci olaraq 1/16 finala vəsiqə qazanıb.

Yarışın bu mərhələsində velosipedçimiz, təsnifatda Olimpiya rekordunu yeniləməklə 1-ci olan Böyük Britaniya təmsilçisi Rebekka Ceymslə mübarizə aparıb və rəqibinə məğlub olub.

Bundan sonra təsəlliverici yürüşdə iştirak etməklə 1/8 finala adlamaq şansını saxlayan Olqa İsmayılova təəssüf ki, bu imkandan yararlana bilməyib.

 Hollandiya və Avstraliya velosipedçiləri ilə mübarizədə finiş xəttini birinci keçmək lazım olduğu halda, təmsilçimiz yalnız 2-ci olub və yekun sıralanmada 13-cü olub.