3 atlet cəzalandırıldı

3 atlet cəzalandırıldı





 XXXI Yay Olimpiya Oyunlarında iştirak edən üç atlet dopinqən istifadə etdiklərinə görə cəzalandırılıb.

Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, onlardan ikisi yarışlardan kənarlaşdırılıb, birinin isə akkreditasiyası müvəqqəti olaraq ləğv edilib.

Olimpiadada 94 kq-da çəkidə mübarizə aparan 27 yaşlı polşalı ağırlıqqaldıran Tomaş Zielinskinin dopinq testində istifadəsi qadağan olunmuş norandrosterone preparatı aşkarlanıb.

 Qadınlar arasında 3 min məsafəyə maneələrlə qaçış yarışında iştirak edən 33 yaşlı bolqarıstanlı Sivia Danekovanın testində qadağan edilmiş EPO maddəsi müəyyən edilib. Nəticədə CAS hər iki idmançının "Rio-2016”dakı nəticələrini silib və akkreditasiyalarını ləğv edib.

Qadınlar arasında 100 metr məsafəyə kəpənək və 50 metrə sərbəst üsulla üzgüçülük yarışlarında çıxış edən Çin idmançısı Çen Xinyinin qanında isə hydrochlorothiazide maddəsi aşkar edilib. 18 yaşlı idmançının akkreditasiyası müvəqqəti olaraq ləğv edilib.

Qeyd edək ki, dopinqə görə Rio-de-Janeyroda CAS-ın iki ofisi fəaliyyət göstərir.