Beynəlxalq velosiped turuna hazırlıq gedir

Beynəlxalq velosiped turuna hazırlıq gedir



Aprelin 28-də Azərbaycanın "Synergy Baku Cycling Project” velosiped komandası açıq məşq keçirib. Bu, komandanın bir neçə gündən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Tour d”Azerbaidjan” beynəlxalq velosiped turunda iştirakına hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq velosiped turu may ayının 1-dən 5-ə dək keçiriləcək. 5 mərhələdən ibarət yarış Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçəcək. Veloturda 24 ölkədən, o cümlədən ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Niderland, Norveç, İsveçrə, Portuqaliya, Belçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən çoxsaylı velosipedçilərin və komandaların iştirakı gözlənilir.
Turun rəsmi açılışı və iştirakçı komandaların təqdimatı aprel ayının 30-da Dənizkənarı Milli Parkda təşkil ediləcək.