Qadın voleybolçular arasında Rusiya çempionatında yarımfinal mərhələsinin 3-cü oyunları keçirilib. Azərbaycan milli komandasının hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka” öz meydanında son çempion Kazan "Dinamo”sunu qəbul edib. İlk 2 matçda 3:1və 3:0 hesabı ilə uduzan Omsk təmsilçisi bu dəfə də meydanı məğlub tərk edib - 3:0 (25:19, 25:21, 25:12).
Məlumat üçün bildirək ki, Natalya Məmmədova bu görüşdə mübarizə aparmayıb. Maraqlıdır ki, təmsilçimizin bu oyunda iştirak etməməsi də, rusiyalı jurnalistlərin diqqətindən yayınmayıb. Belə ki, onlar "Omiçka” klubunun bu hesabla məğlub olmasını daha çox Nataliyanın bu oyunda iştirak etməməsi ilə əlaqəndiriblər.
Qeyd edək ki, kazanlılar 3 qələbə qazanmaqla finala yüksəliblər.