Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi

2018-ci ildə Lüksemburqda təşkil olunacaq voleybol üzrə dünya çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Olimpnews.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət milli komandalarımızın da rəqibləri müəyyənləşib.

Qadınlardan ibarət yığmamız E qrupunda Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveçlə mübarizə aparacaq. Bu qrupun görüşləri gələn il mayın 30-dan iyunun 4-dək Azərbaycanda keçiriləcək.

Kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları olacaq. Bu komandalar arasındakı görüşlər mayın 23-28-də Fransada oynanılacaq.