Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni qərar qəbul edib. Bu qərar voleybol yarışlarında hissələrdə qeydə alınan hesabların azaldılması ilə bağlıdır. Artıq Avropa Liqasında hissələr indiki kimi 25-ə deyil, 21-ə qədər davam edəcək. Texniki fasilələrə isə komandalar hesab 8 və 16 olanda deyil, 12 olanda yollanacaqlar.
Qeyd edək ki, matçın daha tez yekunlaşması televiziya kanallarının marağına uyğun gəldiyi üçündür.