Gənc karateçilər Naxçıvanda

Gənc karateçilər Naxçıvanda

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq karate turniri təşkil olunacaq.

Olimpnews.az saytının məlumatına görə, turnir Gənclər və İdman Nazirliyi, Naxçıvan MR-nın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Naxçıvan MR-nın Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Şərur Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 10-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər kata və kumite üzrə yarışlarda qüvvələrini sınayacaqlar.