31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat festivalı çərçivəsində keçirilən rapid turnirinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, yarışlarda 48 Azərbaycan şahmatçısı, o cümlədən qrossmeysterlər Ülvi Bacarani, Vüqar Rəsulov, Zaur Məmmədov, beynəlxalq ustalar Nicat Ağayev, Nərmin Məmmədova, habelə İngiltərənin bir nümayəndəsi iştirak edib.
10 yaşınadək şahmatçılar arasında qalib Ziya Məmmədov olub. O, 7 mümkün xaldan 6 xal toplayıb. Nərmin Abdinova gümüş, Ramil Əhmədov isə bürünc medal qazanıb.
Açıq turnirin qalibi adına 9 mümkün xaldan 7,5 xal toplayan beynəlxalq qrossmeyster Ülvi Bacarani layiq görülüb. Ustalığa namizəd Aydın Süleymanlı eyni miqdarda xal toplasa da əmsallara görə ikinci yerdə qərarlaşıb. Bürünc mükafata isə Fərid Zeynalov sahib çıxıb.
Turnirin baş hakimi FIDE hakimi Cavanşir Bağırov olub.