Beynəlxalq turnir başa çatıb

Beynəlxalq turnir başa çatıb

İranın Rəşt şəhərində karate üzrə yeniyetmə və gənclər arasında keçirilən beynəlxalq turnirdən komandamız uğurlu nəticə ilə qatıdıb.

Olimpnews.az saytının məlumatına görə, 15 ölkə təmsilçilərinin iştirak etdiyi yarışda Adil Əsgərzadə qızıl, Əziz Qurbanzadə bürünc, İbrahim Cəfərzadə və Eşqin Əsgərov isə bürünc medallar əldə ediblər.

Qeyd edək ki, yarışda ölkəmizi karate-do federasiyasının vitse-prezidenti, karate-do akademiyasının baş məşqçisi Vüsal Abdullazadənin rəhbərliyi ilə 15 idmançı təmsil edirdi.