Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə may ayının 1-də Şərur Olimpiya Kompleksində idman festivalı keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) və Naxçıvan Muxtar Respublikası rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilən festival əhalinin idmana olan marağını artırmaq, onları paralimpiya ilə yaxından tanış etmək məqsədini daşıyır. Festivalın açılış mərasimindən əvvəl iştirakçılar MPK-nın prezidenti İlqar Rəhimov və Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarovun rəhbərliyi altında ulu öndərin abidəsini ziyarət etdilər. İdman festivalının açılış mərasimində çıxış edən MPK-nın prezidenti İlqar Rəhimov Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarov, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılarımızın qazandıqları uğurlardan bəhs etdilər. Paralimpiyaçıların cüdo, qılıncoynatma və kamandan oxatma üzrə nümunəvi çıxışları maraqla izlənildi.
İdman festivalı bu gün başa çatacaq.
Jalə Rzabəyli