“Tour d’Azerbaidjan”ın ikinci mərhələsinin qalibləri bəllidir

“Tour d’Azerbaidjan”ın ikinci mərhələsinin qalibləri bəllidir


Olimpnews.az saytı xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ölkəmizdə keçirilən veloturun ikinci mərhələsində Türkiyənin "Şəkərspor” komandasının üzvü Sergey Qreşin qalib olub. "Synergy Baku Cycling Projeck” komandasının üzvü Aleksandr Surutkoviç ikinci yerlə kifayətlənib. Bəxtiyar Kojatayev ("Astana”, Qazaxıstan) isə veloturu üçüncü yerdə başa vurub.



Ümumi hesabda yarışın lideri köynəyi Sergey Qrişinə verilib. Bu idmançı həm də sprint klassifikasiyası liderinin köynəyi ilə təltif olunub. Dağ klassifikasiyası üzrə ikinci mərhələnin qalibi Rikaldo Viyeloya (Efapel Klassdvis) olub. Sevindirici haldır ki, ən yaxşı Azərbaycan idmançısı köynəyi Elçin Əsədova təqdim olunub. Bəxtiyar Kojatayev ən yaxşı gənc idmançı köynəyi ilə mükafatlandırılıb.
Mükafatlandırma mərasimindən sonra İsmayıllı Olimpiya Kompleksində mətbuat konfransı keçirilib. Konfransda veloturun ikinci mərhələsinin mükafatçıları iştirak ediblər.

Esmira Orucova