Qadın voleybolçular arasında dünya çempionatının ikinci təsnifat mərhələsinin təqvimi, eləcə də Bakıda keçiriləcək E qrupunun matçlarının başlama günü və yeri müəyyənləşib.
Olimpnews.az saytının məlumatına görə, matçlar may və iyun aylarında Bakı İdman Sarayında təşkil olunacaq. Qrupun ilk oyununda mayın 30-da Danimarka və Hollandiya yığmaları qarşılaşacaq. Azərbaycan yığması birinci turu eyni gündə Norveçə qarşı keçirəcək. Komandamız mayın 31-də Ukrayna, iyunun 1-də Danimarka, 2-də İsrail və 3-də Niderlandla görüşəcək. Millimizin bütün oyunları saat 17:30-da başlayacaq.
Qeyd edək ki, ikinci təsnifat mərhələsində 36 yığma komanda altı qrupda mübarizə aparacaq. Qrup qalibləri birbaşa dünya çempionatına vəsiqə qazanacaqlar. İkinci yerlərin sahibləri üçüncü təsnifat mərhələsində pley-off mərhələsində oynayacaqlar. Bu mərhələ altı komandanın iştirakı ilə dairəvi sistem üzrə birinci dövrədən ibarət olacaq. İlk iki yeri tutacaq millilər mübarizəni final mərhələsində davam etdirəcəklər.