Vüqar Həşimovun xatirəsi Moskvada yad ediləcək

Vüqar Həşimovun xatirəsi Moskvada yad ediləcək



Mayın 13-də Moskvada Millətlər Evində Avropa çempionu, dünyanın aparıcı şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq açıq turnir keçiriləcək.

"Olimpnews.az” xəbər verir ki, turnir "Azərbaycan mədəniyyətinin inkişafı və dirçəlişi” fondunun, Ümumrusiya Azərbaycan Konqresinin Moskva Regional Bölməsinin və Vüqar Həşimov adına Fondun təşkilatı dəstəyi ilə baş tutacaq.