İmişli Uşaq-Gənclər Şahmat İdman Məktəbində şahmat fənni tədris olunan pilot məktəblər arasında komanda yarışları keçirilib.
Olimpnews.az saytının məlumatına görə, ümummilli lider Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş yarışlarda 2 saylı tam orta məktəbin komandası birinci yeri tutub - 26,5 xal. Məktəbin komandasının üzvləri Rəftar Səlimov, Rasim Ağazadə, Nicat Vəlizadə, Şəlalə Səlimzadə, Nərgiz Atakişizadə və Nurlana Atakişizadə xüsusilə fərqləniblər. 7 saylı tam orta məktəbin komandası yarışları ikinci yerdə başa vurub -19 xal. Keçirilən görüşlərdən 15 xal toplayan humanitar təmayüllü fənnlər üzrə məktəb-liseyin komandası üçüncü yerlə kifayətlənib.
Tədbirin yekununda məktəbin direktoru Ağalar Cavadov yarış iştirakçıları qarşısında çıxış edib və qalibləri diplomlarla mükafatlandırıb.
* * *
Ulu öndərin 94 illik yubiley tədbirləri ilə əlaqədar növbəti yarış İmişli Şahmat məktəbinin şagirdləri arasında keçirilib. I yeri 6 xalla Elmin Hüseynli tutub. Liderdən bir xal az toplayan Fariz Abdullayev ikinci olub , III yerdə isə Alim Quluzadə qərarlaşıb - 4.5 xal.
YAP İmişli rayon təşkilatının aparat rəhbəri İlham Əsgərov və idarə heyətinin üzvü Dünyamalı Əliyev tədbirin bağlanış mərasimində ulu öndərin ölkə idmanına göstərdiyi qayğıdan danışıblar. Yarışın qalibləri diplomlarla təltif ediliblər.