"Omiçka” klubu Rusiya Superliqasında "Uraloçka” klubu ilə üz-üzə gələcək. Komandalar bürünc medal qazanacaq klubun adına aydınlıq gətirəcək. Artıq bu komandalar arasında keçiriləcək görüşün vaxtı bilinib. Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Omsk təmsilçisi ilk 2 görüşünə mayın 6-da və 7-də çıxacaq.
Qalib 3 qələbənin yekununa əsasən müəyyənləşəcək. Növbəti oyunlar isə "Uraloçka”nın meydanında keçiriləcək. Belə ki, əgər mayın 12-də olacaq 3-cü oyunda bürünc medalçı dəqiqləşməsə, 3 gün sonra 4-cü görüş keçiriləcək.
Qeyd edək ki, "Omiçka” qrup mərhələsində "Uraloçka”ya hər iki matçda 3:1 hesabı ilə qalib gəlib. Final mərhələsində isə Moskva və Kazan "Dinamo”ları üz-üzə gələcəklər.