Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.
Güləş yarışlarının son günündə 8 çəki dərəcəsində qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək.