“İqtisadçı”nın heyətində dəyişikliklər olub

“İqtisadçı”nın heyətində dəyişikliklər olub

Voleybol üzrə Azərbaycan çempionatının 2 qat gümüş mükafatçısı Nansi Metkalf karyerasını bitirməyə qərar verib. "İqtisadçı”nın 35 yaşlı hücumçusu yeni mövsümdən oynamayacağını bildirib.
Təcrübəli oyunçu artıq universitet klubu ilə vidalaşıb. Metkalfla yollarını ayıran "tələbələr” avstraliyalı Reyçel Rurku komandanın heyətinə cəlb ediblər.
Məlumat üçün bildirək ki, komanda Metkalfdan əvvəl, rusiyalı Nadejda Sakla, həmçinin baş məşqçilər Bülənt Karslıoğlu və Kiattiponq Radçataqriaqkra ilə də yollarını ayırmışdı. Yeni mövsümdə Çempionlar Liqasında debüt edəcəyi gözlənilən "İqtisadçı”nın öz heyətini yenidən quracağı da istisna deyil.
Qeyd edək ki, Nansi 2010-2012-ci illərdə "Lokomotiv”də, son mövsümdə "İqtisadçı”da oynayıb. Ötən il "dəmiryolçular”la "Çelenc cup”un qızıl, Super Liqanın isə gümüş medalını qazanan amerikalı voleybolçu "tələbələrlə” də Azərbaycan çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.