Valeriya Məmmədova: «Top qəbulunda özümüzü yaxşı göstərdik» - VİDEO

Valeriya Məmmədova: «Top qəbulunda özümüzü yaxşı göstərdik» -  VİDEO

"Bu oyunda bizə qələbə vacib idi. Çünki Ukrayna yığması ilə matç komandamız üçün böyük əhəmiyyət kəsb edirdi”. Olimpnews.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Valeriya Məmmədova deyib.

Təcrübəli libero dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna millisi ilə matç haqqında danışıb. O, 3:0 hesablı qələbə qazanmalarında səhvsiz çıxış etdiklərini vurğulayıb: "Fikrimcə, biz yaxşı oynadıq. Əsasən də top qəbulunda özümüzü yaxşı göstərdik. Qələbəni unudub, dərhal növbəti oyunun hazırlığına başlayırıq. Bu uğurlu seriyasını turnirin sonunadək davam etdirmək istəyirik”.

Qeyd edək ki, yığmamız Ukrayna millisini 3:0 hesabı ilə məğlub edib.