"Rabitə” voleybol klubu baş məşqçisi Marçello Abbondanza ilə yollarını ayırıb. Bakı klubu müqaviləsi bitən italiyalı mütəxəssis bundan sonra ölkə çempionunun uğurları üçün çalışmayacaq.
Abbondanza artıq özünə yeni komanda tapıb. Belə ki, təmsilçimizə Azərbaycan Super Liqasının qızıl, Çempionlar Liqasının və klublararası dünya çempionatının gümüş medalını qazandıran 43 yaşlı məşqçi karyerasını Türkiyənin "Fənərbaxça” klubunda davam etdirəcək. İstanbul təmsilçisi Abbondanza ilə 2 illik müqavilə imzalayıb. O, paralel olaraq, Bolqarıstan millisində də baş məşqçiliyini davam edəcək.