Voleybolçularımız Avropa Liqasında iştirak edəcəklər

Voleybolçularımız Avropa Liqasında iştirak edəcəklər

Voleybol üzrə kişilərdən ibarət milli yığma komandamız Avropa Liqasında iştirak edəcək. Olimpnews.az saytının məlumatına görə, 8 ölkənin milli komandasının çıxış edəcəyi yarışda komandamız A qrupunda mübarizə aparacaq. Komandamız Albaniya, Makedoniya, İsveç yığma komandaları ilə görüşəcək.

Fərid Cəlalovun komandası 16-18 iyun tarixlərində qrup mərhələsinin I turunun oyunlarını Makedoniyada, 23-25 iyun tarixlərində isə Albaniyada keçirəcək.

Qeyd edək ki, digər B qrupunda Danimarka, Macarıstan, Ukrayna, İsrail milliləri mübarizə aparacaq.

Avropa Liqasının final mərhələsi 01-02 iyul 2017-ci il tarixində baş tutacaq. Qrup mərhələsində ən çox qələbə qazanan 2 komanda finala yüksələcək.

16 iyun
17:00. Albaniya – İsveç
19:30. Makedoniya – Azərbaycan

17 iyun
17:00. İsveç – Azərbaycan
19:30. Albaniya – Makedoniya

18 iyun
17:00. Azərbaycan - Albaniya
19:30. İsveç – Makedoniya

23 iyun
15:00. İsveç – Makdoniya
18:00. Albaniya – Azərbaycan

24 iyun
15:00. Makedoniya – Azərbaycan
18:00. İsveç – Albaniya

25 iyun
15:00. Azərbaycan – İsveç
18:00. Makedoniya - Albaniya