Avropa çempionatının başlanmasına 100 gün qalır

Avropa çempionatının başlanmasına 100 gün qalır

Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybol komandaları arasında Avropa çempionatının başlanmasına 100 gün qalır.

Olimpnews.az saytının məlumatına görə, Avropa çempionatı sentyabrın 22-dən oktyabrın 1-dək keçiriləcək. Gürcüstanda cəmi bir qrupun görüşləri və 1/4 final mərhələsinin oyunları olacaq. Digər üç qrupun görüşlərindən biri Göygöldə, ikisi isə Bakıda keçiriləcək. 1/2 final və final görüşləri də Bakıda təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. B qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri C, Serbiya, Niderland, Belçika və Çexiya yığmaları isə D qrupunda güclərini sınayacaqlar.