İsveçrənin Cenevrə şəhərində "FIDE Qran-Prisi – 2017”nin üçüncü mərhələsinin təntənəli açılışı olub. Olimpnews.az saytının məlumatına görə, mərasimdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, vitse-prezidenti İzrael Gelfer, "World Chess by Agon”un başçısı İlya Merenzon iştirak ediblər.
Şahmat turnirinin startına 18 aparıcı qrossmeyster – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (Azərbaycan), Aleksandr Qrişşuk, Pyotr Svidler, Yan Nepomnyaşşiy, Dmitri Yakovenko, Ernesto İnarkiyev, Aleksandr Ryazantsev (Rusiya), Aniş Giri (Hollandiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan), Maykl Adams (İngiltərə), Li Çao, Hou İfan (Çin), Rixard Rapport (Macarıstan), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Salem Saleh (BƏƏ) çıxacaqlar.
Turnirin ilk partiyaları bu gün - iyulun 6-da oynanılacaq. Bu turda Şəhriyar Məmmədyarov-Boris Gelfand, Ernesto İnarkiyev-Aleksandr Qrişşuk, Pyotr Svidler-Dmitri Yakovenko, Rixard Rapport-Yan Nepomnyaşşiy, Aleksandr Ryazantsev-Pentala Harikrişna, Levon Aronyan-Li Çao, Teymur Rəcəbov-Aniş Giri, Pavel Elyanov-Hou İfan, Maykl Adams-Salem Saleh görüşləri keçiriləcək.
Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Partiyalar iyulun 6-10-da və 12-15-də oynanılacaq.