Qadınlar arasında voleybol turniri start götürüb

Qadınlar arasında voleybol turniri start götürüb

Mayın 1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş qadınlar arasında voleybol turniri start götürüb. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən turnirdə ilk olaraq meydançaya "Azəryol” - "Lokomotiv” komandaları çıxıb. "Azəryol” komandası hər üç hissədə qalib gələrək rəqibini məğlubiyyətə uğradıb - 25:4, 25:8, 25:4. Günün ikinci oyununda "İqtisadçı” - "Azərreyl” komandaları üz-üzə gəliblər. Bu görüşdə isə "Iqtisadçı” komandası 3:1 hesabı ilə qalib gəlib. "Nəqliyyatçı” komandası isə "Azəri” komandasından güclü olub - 3:0.
Qeyd edək ki, turnir dairəvi sistemlə keçirilir.

1 may
"Azəryol” - "Lokomotiv” - 3:0 (25:04, 25:08, 25:04)
"İqtisadçı” - "Azərreyl” - 3:1 (25:06, 20:25, 25:18, 25:12)
Nəqliyyatçı - Azəri - 3:0 (25:21, 25:17, 25:22)

2 may
14:00. "İqtisadçı” - "Lokomotiv”
15:30. "Nəqliyyat” - "Azəryol”
17:00. "Azərreyl” - "Azəri”

3 may
14:00. "Lokomotiv” - "Azərreyl”
15:30. "Azəryol” - "Azəri”
17:00. "İqtisadçı” - "Nəqliyyat”

4 may
14:00. "Nəqliyyat” - "Lokomotiv”
15:30. "Azəri” - "İqtisadçı”
17:00. "Azərreyl” - "Azəryol”

5 may
10:00. "Lokomotiv” - "Azəri”
11:30. "Azərreyl” - "Nəqliyyat”
13:00. "Azəryol” - "İqtisadçı”