Ölkə çempionu Montano ilə yollarını ayırdı

Ölkə çempionu Montano ilə yollarını ayırdı

"Rabitə” voleyol klubu ilə bu il ölkə çempionatının qızıl medalını qazanan Madeleyne Montano karyerasını Bakıda davam etdirməyəcək. Bakı təmsilçisi mövsümün əvvəlində Cənubi Koreyanın "Daejeon” komandasından transfer etdiyi voleybolçu ilə müqaviləni təzələməyib. Komanda ilə 1 illik müqaviləsi yekunlaşan Montano "Rabitə”dən ayrılıb. Belə ki, o, bundan sonra "Qalatasaray” klubunun şərəfini qoruyacaq. 2012-2013-cü illlər mövsümündə Super Liqanın ən dəyərli oyunçusu seçilən Montano İstanbul klubu ilə 1 illik rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, "Rabitə” ilə birgə ölkə çempionu olan Montano komanda ilə birlikdə klublararası dünya çempionatının və Çempionlar Liqasının gümüş medalını qazanıb.