Motokross üzrə Bakı şəhər birinciliyi keçirilib

Motokross üzrə Bakı şəhər birinciliyi keçirilib


Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Lökbatan qəsəbəsində gənclər arasında 125 sm3 həcmli motosikletlərdə motokross üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda MİF-nı təmsil edən 25 nəfər idmançı iştirak edib. Yarışın qalibi adını Nail Mustafayev qazanıb. II yeri Asif Abbasov, III yeri Valeriya Turin layiq tutublar.
Yarışın qaliblərinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi müxtəlif diplomlar və xatirə hədiyyələri təqdim olunub.



Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin metbuat xidmeti