Məşhur futbolçu Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turniri başa çatıb

Məşhur futbolçu Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turniri başa çatıb


Məşhur futbolçu, əməkdar idman ustası, professor Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turnirinə yekun vurulub. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ Təlim İdman Bazasının stadionunda keçirilən turnirdə Nərimanov, Vətən, 16 №-li UGİM, Qaradağ-II, Qaradağ-I, İnam, BİFM-II, Biləcəri, BİFM-I, 14 №-li UGİM komandalarını təmsil edən 197 nəfər futbolçu iştirak edib.
Turnirin yekun nəticələrinə görə I yerə BİFM-I, II yerə Qaradağ-I, III yerə isə Nərimanov komandaları layiq görülüblər.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidməti