Sentyabrın 22-dən oktyabrın 1-dək qadınlardan ibarət komandalar arasında voleybol üzrə Avropa Çempionatı keçiriləcək.
"Olimpnews.az”ın məlumatına görə, çempionatda 16 ölkənin yığma komandaları, o cümlədən Azərbaycan yığması da iştirak edəcək.
Avropa çempionatı Azərbaycanda və Gürcüstanda keçiriləcək. Azərbaycan voleybolçuları "A” qrupunda çıxış edəcəklər. Komandamız ilk matçı sentyabrın 22-də keçirəcək. Həmin gün millimiz Macarıstan yığması ilə qarşılaşacaq.
Qrup raundunda qızlarımızın digər rəqibləri Almaniya və Polşa yığmaları olacaq.
Turnirin reqlamentinə görə, qrup raundlarının qalibləri birbaşa dörddəbir finala çıxacaqlar. Öz qrupunda ikinci və üçüncü yerləri tutan yığmalar 1/8 finaldan pley-off oyunlarına başlayacaqlar.