Dünya çempionatında 3 medal sevinci

Dünya çempionatında 3 medal sevinci

İspaniyanın Tenerife şəhərində yeniyetmə və gənclər arasında karate üzrə dünya çempionatı keçirilib. Olimpnews.az saytının məlumatına görə, 109 ölkədən 1710 idmançının iştirak etdiyi dünya çempionatında Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Yarışın üçüncü günündə gənclərdən ibarət seçmə komandalarımızın üzvləri Fidan Teymurova (48 kq) və Hümmət Baxşəliyev (61 kq) gümüş medallara layiq görülüblər. Finalda Fidan Teymurova misirli Reem Salamaya, Hümmət Baxşəliyev isə qazaxıstanlı Yerkinbek Batureyevə məğlub olaraq ikinci olublar.

Çempionatın sonuncu günündə 21 yaşınadək idmançılar arasında Fəridə Əliyeva (+68 kq) bürünc medala sahib çıxıb. Bu nəticə ilə Azərbayan karateçiləri yarışı 16-cı pillədə başa vurublar.