Pxenyan-2018 Olimpiadasına biletlərin satışına başlanılıb

Pxenyan-2018 Olimpiadasına biletlərin satışına başlanılıb
Pxenyan-2018 Qış Olimpiya Oyunları Təşkilat Komitəsi noyabr ayından etibarən satışa çıxarılan biletlərin dizaynını ictimaiyyətə təqdim edib.

Olimpnews.az saytının məlumatına görə, biletin üz tərəfində idman növlərinin piktoqramı təsvir edilib. Biletin əks tərəfində isə qədim Koreya əlifbasını əks etdirən qar dənəcikləri təsvir edilib. Hər bir biletin özünün qoloqramı və ştrix kodu vardır. Bütün bunlar saxta biletlərin satışına imkan verməmək məqsədilə edilib. Hər biletin üzərində onu alan şəxsin adı da qeyd olunacaq. Olimpiya Oyunları tarixində ilk dəfə olaraq mobil biletlərin satışa çıxarılması da planlaşdırılır.

Xatırladaq ki, XXIII Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-25-də Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək.