Avropa çempionatında üç medal qazanıldı

Avropa çempionatında üç medal qazanıldı

Polşanın Kielse şəhərində karatenin kyokşin və şinkyokşin növləri üzrə kadetlər, 16 və 22 yaşınadək idmançılar arasında Avropa çempionatı keçirilib.

Olimpnews.az saytının məlumatına görə, 33 ölkənin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Azərbaycan Kyokşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında ölkəmizi 6 oğlan və 1 qız idmançı təmsil edib. İdmançılarımızdan Eltac Hümbətov (75 kq) Danimarka, Litva, Gürcüstan, Ukrayna idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə İsveç idmançısını da üstələyən Eltac Hümbətov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turan Şirinov (85 kq) və Solmaz Zeynallı (60 kq) isə Avropa çempionatının bürünc medalını qazanıblar.

Qeyd edək ki, turnirə Azərbaycandan olan beynəlxalq dərəcəli hakimlər Mübariz Məlikov, Qabil Sayadov və Mehdi Əhmədov dəvət alıblar.