BOK işçi qrup yaradıb

BOK işçi qrup yaradıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İdmanda Korrupsiyaya Qarşı Beynəlxalq Əməkdaşlıq Təşkilatı (İKQBƏT) ilə birlikdə korrupsiyaya qarşı üç işçi qrup yaradacaq.

Olimpnews.az saytının məlumatına görə, işçi qrupun vəzifəsi idman tədbirləri və infrastrukturu ilə bağlı hər hansı rüşvət hallarının qarşısının alınması, eləcə də konfliktlərin nizama salınmasını təmin etməkdir.

BOK-un Etika Komissiyasının sədri Pakerett Jirar Zappelli korrupsiya ilə mübarizə aparmaq üçün işçi qrupun yaradılmasını məqsədəuyğun hesab edib.

Məlumat üçün bildirək ki, hər bir işçi qrup öz layihə və təkliflərini İKQBƏT-in gələn ilin iyun ayında keçiriləcək iclasında təqdim etməlidirlər. İKQBƏT bu ilin fevralında yaradılıb.