Tokio-2020 Olimpiadasında yeni sistem tətbiq olunacaq

Tokio-2020 Olimpiadasında yeni sistem tətbiq olunacaq




Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarında şəxsiyyətin identifikasiyası başqa sistemlə həyata keçiriləcək. Belə ki, idmançılar, məmurlar, jurnalistlər və könüllülər üçün şəxsiyyətin müəyyən edilməsi üzdən tanıma sistemi ilə kütləvi qaydada aparılacaq. Bu, olimpiada tarixində bir ilkdir.

Bu üsulun həyata keçirilməsində məqsəd təhlükəsizliyin təmin edilməsi və terror aktlarının qarşısının alınmasıdır. Bu system həm də başqasının buraxılış vəsiqəsi ilə idman obyektlərinə girişin qabağını almış olacaq. İlkin hesablamalara görə, sistemdə bir dəfəyə 300 mindən 4 00 minə qədər insanın şəxsiyyətini yoxlamaq mümkün olacaq.
Üzdən tanıma sisteminin hazırlanması ilə Yaponiyanın NEC elektronika şirkəti məşğul olur. Məlumat üçün bildirək ki, bu sistem Rio-2016 Olimpiadasında jurnalistlərin "Yapon evi”nə girişi zamanı sınaqdan keçirilib.

XXXII Yay Olimpiya Oyunları 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək Yaponiyanın Tokio şəhərində təşkil ediləcək.