Şimali Koreya idmançıları Pxençxan-2018 Olimpiadasında iştirak edəcəklər

Şimali Koreya idmançıları Pxençxan-2018 Olimpiadasında iştirak edəcəklər

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənibi Koreya arasında şimali koreyalı idmançıların Pxençxan-2018 Olimpiadasında iştirakı ilə bağlı birbaşa danışıqların aparılması məsələsini alqışlayıb. Olimpnews.az-ın "Reuters” Agentliyinə istinadən məlumatına görə, BOK-un nümayəndəsi tərəfləri tez bir zamanda danışıqlar stolu arxasında əyləşməyə çağırıb. Beynəlxalq qurumun nümayəndəsi BOK-un KXDR Milli Olimpiya Komitəsi ilə mütamadi danışıqlar apardığını da diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, KXDR-nın rəhbəri Kim Çen In yeni il bayramı münasibətilə xalqa müraciətində bu ilin fevralında Cənubi Koreyada keçiriləcək XXIII Qış Olimpiadasının təşkilində qonşu ölkəyə uğurlar arzulayıb və şimali koreyalıların da bu idman tədbirində iştirakına ümid etdiyini bildirib. Cənubi Koreyanın prezidenti Mun Çje İn isə öz növbəsində KXDR liderinin bu fikrini alqışlayaraq öz dəstəyini bildirib.

Pxençxan-2018 Qış Olimpiya Oyunları bu ilin 9-25 fevralında keçiriləcək.