42 idmançı CAS-a ərizə ilə müraciət edib

42 idmançı CAS-a ərizə ilə müraciət edib
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) 42 Rusiya idmançısının appelyasiya ərizəsini qeydiyyatdan keçirib. 

"Olimpnews.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə ömürlük idmandan uzaqlaşdırılan idmançılardır.

İsveçrəli nümayəndə Denis Osvaldın rəhbərliyi altında BOK-un Nizam-İntizam Komissiyası Soçi-2014 Olimpiadasında iştirak edən və mükafat alan 43 Rusiya idmançısının nəticələrini ləğv edib. Həmin idmançılar həm də Olimpiya Oyunlarında iştirak etmək hüququndan məhrum olunublar. BOK rusiyalı 46 idmançının işinə baxdıqdan sonra konkisürən Denis Yuskov və hokkeyçi Anna Şoxinaya bəraət verib. Soçi-2014 Qış Olimpiadasının çempionu Adelina Sotnikovanın işinə isə xitam verilib.