Bodibildinqçilərimiz Avropa çempionu oldular

Bodibildinqçilərimiz Avropa çempionu oldular




Moldovanın Kişinyov şəhərində bodibildinq üzrə Avropa çempionatına yekun vurulub. Olimpnews.az-ın verdiyi xəbərə görə, Azərbaycan idmançıları qitə çempionatında ümumilikdə, 3 medal qazanıblar və sevindirici haldır ki, bu medallardan 2-si qızıldır.


İdmançımız Teymur Aslanov klassik bodibildinqdə (168 sm-ə qədər) Çexiya, Türkiyə, Ukrayna və Estoniya təmsilçiləri olan rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Avropa çempionu tituluna layiq görülən daha bir idmançımız Reza Zinatlovun (100 kq-a qədər) rəqibləri Bolqarıstan, Almaniya, İsveç, İrlandiya və Türyiyə bodibildinqçiləri olub.
Digər idmançımız Yalçın Məmmədov (70 kq-a qədər) isə yarışı gümüş medalla başa vurub.