Olimpiya çempionu könüllü kimi

Olimpiya çempionu könüllü kimi


4 qat Olimpiya çempionu Çin Çon Oh olimpiadada könüllü kimi iştirak edir. 

Cənubi Koreyadan olan idmançı öz ölkəsində keçirilən Olimpiya Oyunlarında könüllü kimi iştirak etdiyindən məmnunluğunu ifadə edib: "Könüllülər proqramına qoşuldum və hazırda Pxençxan-2018 Olimpiadasında iştirak edirəm. Yarışda idmançı və könüllü kimi iştirak etmək başqa-başqa şeylərdir. Çox həyəcanlıyam”.

Qeyd edək ki, Cənubi Koreya idmançısı 4 qat Olimpiya çempionu adına atıcılıq yarışlarında layiq görülüb. O, 3 dəfə silahdan 50 metr, 1 dəfə isə pnevmatik silahdan 50 metr məsafədən atəş açmaqla fərqlənib. Bundan başqa, Çin Çon Oh Olimpiya Oyunlarının 2 qat gümüş mükafatçısı, eləcə də, Dünya kuboku yarışlarının 3 qat qalibidir.