Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi oldu

Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi oldu





Norveçli şahmatçı Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi olub.

"Olimpnews.az”ın məlumatına görə, Şəmkirdə təşkil olunan yarışın sonuncu - doqquzuncu turunda dünya çempionu Maqnus Karlsen çinli Dinq Liren ilə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.
Hesabındakı xalların sayını 6-ya çatdıran Maqnus Karlsen üçüncü dəfə Vüqar Həşimov Memorialının qalibi olub.
Hazırda turun digər partiyaları davam edir. Belə ki, Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Teymur Rəcəbov çexiyalı David Navara ilə, Polşa təmsilçisi Radoslav Voytaşek hollandiyalı Aniş Giri ilə, rusiyalı Sergey Karyakin Bolqarıstan idmançısı Veselin Toplaovla qarşılaşır.